Accessibility links

Nyu Meksiko ştatının qubernatoru ABŞ prezident seçki kampaniyasını tərk edir


ABŞ mətbuatının bildirdiyinə görə, Nyu Meksiko qubernatoru Bill Riçardson demokratlar sırasından ABŞ prezidentliyi uğrunda mübarizəni bu gün dayandıracaq. Riçardsonun bu gün bəyənatla çıxış edəcəyi gözlənilir. Kampaniya mənbələri bildirir ki, dünən o, Nyu Həmpşir ilkin seçkilərini səslərin 5 faizini toplamaqla başa vurub. Ayova kokusunda isə qubernator 2 faiz səs toplamışdı. Bununla yanaşı, ABŞ mətbuatı senator və 2004-cü ildə prezidentliyə namizəd olmuş Con Kerrinin senator Barak Obamanı dəstəkləyəcəyini bildirir.
XS
SM
MD
LG