Accessibility links

ABŞ prezidenti İsrail və İordan çayının qərb sahilinə səfərini başa vurdu


ABŞ prezidenti Corc Buş İsrail və İordan çayının qərb sahilinə səfərini İsrail və Fələstin aasında sülh sazişi əldə ediləcəyi haqda nükbinlik mesajı ilə oranı tərk etdiyi deməklə başa çatdırıb. Tel-Əvivin Ben Qurion hava limanında prezident Buş İsrail prezidenti Şimon Peres və baş nazir Ehud Olmertə sülhə böyük imkanlar olduğunu və onlara yardım etmək istədiyini deyib. Corc Buş may yaında regiona bir daha səfər etməsi üçün dəvəti qəbul etdiyini bildirib. ABŞ prezidenti hazırda Küveytdədir. Bu gün o, Küveytin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahla görüşür. Corc Buş Yaxın Şərq sülh planına dəstək toplamaqla yanaşı, İranın regionda artmaqda olan təsirindən danışacaq.

XS
SM
MD
LG