Accessibility links

ABŞ Kenyada tərəfləri razılığa səsləyir


Yüksək rütbəli ABŞ rəsmisi Kenyada siyasi rəqibləri səsvermədə problemlər olduğunu etiraf etməyə və qeyd-şərtsiz görüşməyə razılıq verməyə çağırıb. ABŞ Dövlət katibinin Afrika Məsələləri üzrə yardımçısı Cendayi Freyzer bu gün açıqladığı bəyanatda bildirib ki, həm Prezident Mvai Kibaki həm də Raila Odinqa səslərin sayılmasında baş verən saxtakarlıqları etiraf etməlidirlər. Elçinin sözlərinə görə qanun pozuntuları kimin seçkilərdə qalib gəlidiyini müəyyən etməkdə çətinlik yaradır. Vaşinqton cənab Kibaki və cənab Odinqanın üzbəüz görüşməməsindən gileylənmiş və Birləşmiş Ştatların ölkədəki vəziyyətdən narahat olduğunu bildirmişdir. Dekabarın 27-i keçirilən seçkilərdən bəri baş verən iğtişaşlar nəticəsində 250 min adam dirdəgin düşmüş, 500-ə yaxın adam isə yaralanmışdır.
XS
SM
MD
LG