Cümə günü ilk dəfə toplaşan Xorvatiya parlamenti müharibə cinayətləri ittihamları ilə üzləşən müxalifət qanunvericisini immunitetdən məhrum edib. Millət vəkilləri radikal sağ qanadı təmsil edən deputat və sabiq Xorvat generalı Branimir Qlavasa verilən imtiyazı ləğv etməyə səs veriblər. Lakin məhkəməyədəkki müddətdə onun həıbsı salınmasına deputatlar icazə verməyiblər. Qlavasa qarşı ilk ittiham 1991-ci ildə Serb mülki vətəndaşlarına qarşı cinayətlərlə bağlı sürülüb. Onun məhkəməsi ötən Oktyabrda başladı və bir ay sonra o, məhbəsdə olarkən yenidən parlamentə seçildi. Yeni parlamentin yaradılması üzündən hakim onun yenidən immunitet qazandığını bəyan edərək onu azadlığa buraxmaq haqda qərar verdi. Yeni parlament isə 24 saat sonra bu imuniteti ləğv etdi.