Accessibility links

Holivudun Qızıl Qlobus mükafatları bu il aktyorların iştirakı olmadan təqdim edilib


Holivudun illik Qızıl Qlobus mükafatlarının təqdimatı mərasimində İkinci Dünya müharibəsinə həsr olunmuş “Atonement” adlı kino-film ilin ən yaxşı filmi adına layiq görülüb. Brodveyin eyni adlı tamaşası əsasında çəkilmiş "Sweeney Todd: the Demon Barber of Fleet Street" filmi komediya janrında ən yaxşı film, baş rolda çəkilmiş aktyor Coni Depp isə ən yaxşı kişi rolunun ifaçısı mükafatını alıb. Bu il Qızıl Qlobus mükafatları laureatlarının adları ənənəvi mərasim deyil, mətbuat konfransında elan olunub. Tənənəli mərasim və ziyafət bu il Holivudun yazıçılar birliyi tərəfindən noyabr ayından keçirilən tətilə görə təxirə salınıb. Qızıl Qlobus mükafatları Holuvudun mətbuat asossiasiya tərəfindən təqdim edilir. Fevralın 24-ü Oskar mükafatlarının təqdimatı mərasiminin taleyi də hələ məlum deyil. Mərasimin təşkilatçıları yazıçılar və ssenaristlərin orada iştirakından asılı olmayaraq, mərasimin keçiriləcəyinə təkid edirlər.
XS
SM
MD
LG