Accessibility links

Rusiya Britaniyaya etiraz edir


Rusiya xarici işlər nazirliyi Britaniya səfirini nazirliyə çağıraraq ona ölkədə fəaliyyət göstərən 2 Britaniya mədəniyyət mərkəzinin bağlanması haqda qərara əməl etmədiyinə görə etiraz notası təqdim edib. Rusiya hökumətinin Yanvarın 1-də ofisləri bağlamaq qərarına baxmayaraq Sankt Peterburq və Yekaterinburq şəhərlərindəki Britaniya mədəniyyət mərkəzləri yenidən fəaliyyətlərini bərpa ediblər. Rusiya xarici işlər nazirliyi yaydığı bəyanatda Britaniyanın bu addımını “məqsədyönlü təxribat” adlandırıb. Bəyanatda həmçinin bildirilir ki, Rusiya bu iki ofisdə işləyəcək yeni Britaniyalılara visalar verməyəcək. Qeyd edək ki, 2006-cı ildə sabiq Rus casusu Aleksandr Litvinenkonun Londonda zəhərlənməsindən sonra Rusiya-Britaniya münsaibətləri pisləşib.
XS
SM
MD
LG