ABŞ dövlət katibi Kondoliza Rays bu gün Bağdadda İraq rəsmiləri ilə təriqətlər arasında siyasi barışıq məsələsini müzakirə edib. İraq paytaxtında təşkil edilən mətbuat konfransında xanım Rays İraq parlamentinin Səddam Hüseynin keçmiş partiyası Bəsin hökumətdə yer almasına yol açan qərarın təsdiqini alqışlayıb. Kondoliza Rays deyib ki, İraq liderləri qanunu həyata keçirməli və vilayət seçkilərinin qaydalarına dair yeni qanunlar təsdiq etməlidir.
ABŞ dövlət katibi Bağdada prezident Buşu müşayiət etdiyi Səudiyyə Ərəbistanından gedib. Bu gün gecə o, Riyada qayıtmalıdır.