Accessibility links

Türkiyə İraqdakı kürd yaraqlılarının mövqelərini bombalayır


Türkiyə ordusunun məlumatına görə təyyarələr İraqın şimalında kürd yaraqlılarının mövqelərini bombalayıblar. Hərbçilər bildirir ki, təyyarələr Kürdüstan Fəhlə Partiyası - PKK-nın Zap Sivi, Avasin Basyan və Harkurkdakı hədəflərə zərbələr endiriblər. Əlavə detallar haqda məlumat verilmir.

Türkiyə hökuməti PKK-nı Türkiyənin cənub-şərqində hücumlar təşkil etməkdə günahlandırır. PKK 1984-cü ildən bəri Türkiyənin kürdlər məskunlaşan bölgələrində muxtariyyat uğrunda vuruşur. İndiyədək baş verən zorakılıqlarda 30 000 adam həlak olub.

XS
SM
MD
LG