ABŞ Dövlət Departamenti bildirib ki, Livanın paytaxtında baş verən bomba partlayışı zamanı 4 adam həlak olub. Sözçü Şon MakKormak deyib ki, partlayış baş verən zaman maşının içində amerikalı olmayıb. Cənab MakKormak hücumun hədəfinin maşın olub-olmamasını bilmədiyini deyib. Televiziya ilə göstərilən videoda xristianların məskunlaşdığı Əl-Dura məhəlləsində sıralarla əzilmiş maşınlar nümayiş etdirilib.
Qeyd edək ki, son aylar Livanda anti-Suriya təmayüllü siyasətçilər terror hücumlarına məruz qalırar. Suriya hökumət bu işlərdə əli olmadığını deyir.