Accessibility links

Keniya polisi nümayişçilərə qarşı zorakılıqlara əl atıb


Keniyanın iğtişaş polisi bu gün ölkənin bir neçə şəhərində nümayişçiləri dağıtmağa çalışarkən bir nəfəri qətlə yetirib, bir neçəsini yaralayıb. Rəsmilərin bildirdiyinə görə, minə yaxın gəncin nümayişə toplaşdığı Kisumi şəhərində isə nümayişçi güllə ilə vurulub öldürülüb. Polis nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifdə edib.

Ölkə müxalifəti keçən aydan bəri mübahisəli prezident seçkilərinə etiraz məqsədi ilə nümayişlərə başlayıb. Hökumətin qadağasına baxmayaraq, yürüşlər Keniyanın 30-a yaxın məntəqəsində keçirilir.

XS
SM
MD
LG