Accessibility links

İraqın Bəsrə və Nəsiriyə şəhərlərində qarşıdurma olub


İraq polisinin bildirdiyinə görə, Bəsrə və Nəsiriyə şəhərlərində təhlükəsizlik qüvvələri ilə silahlı şiə qruplaşmasının üzvləri arasında qarşıdurma baş verib. Nəticədə 5 nəfərin həlak olduğu xəbər verilir. Döyüşlər 10 vilayətdə qüvvədə olan kommendant saatına baxmayaraq aparılıb. Qadağa saatı şiə müsəlmanların Məhərrəm ayı münasibəti ilə tətbiq edilib. Xatırladaq ki, dünən Diyala vilayətindəki şiə məscidi yaxınlığındakı partlayış 9 adamın ölümü, 14-nün yaralanması ilə nəticələnmişdi.

XS
SM
MD
LG