Accessibility links

İspaniyada polis terrorçuları həbs edib


İspaniya polisi bu gün səhər Barselonada 14 radikal islamçı yaraqlını həbs edib. Ölkənin daxili işlər nazirinin sözlərinə görə, 5 evdə reyd keçirən polis bomba istehsalı üçün lazım olan materiallar aşkar edib. O, bu dəlillərin hücum planlaşdırıldığını göstərdiyini deyib. İspaniya Mülki Mühafizə polisi yerli təhlükəsizlik xidmətinin əməkdaşları ilə birgə təhqiqat aparıb. Onlar bu əməliyyatı Avropa ölkələrinin kəfiyyat məlumatlarına əsasən keçiriblər. Daxili işlər naziri Alfredo Perez Rubalkaba Madriddə jurnalistlərə bildirib ki, polis partlayıcıların hazırlanması üçün müxtəlif materiallar, bundan əlavə komputerlər və saat mexanizmləri aşkar edib. Onun sözlərinə görə, bu mexanizmlər çox guman ki Barselonada və yanlız hücum məqsədilə istifadə oluna bilərdi.
XS
SM
MD
LG