Accessibility links

Kərbəlada aşura günü zorakılıq olmadan keçib


Bu gün Kərbəlada şiə müsəlmanların qeyd etdiyi aşura günü dinc keçib. İraq rəsmiləri aşura günü münasibətilə Kərbəlada təhlükəsizlik tədbirlərini gücləndiriblər. Lakin ölkənin şimalında Tal Afar şəhərinin meri bildirib ki, aşura günü həyata keçirilmiş raket hücum nəticəsində yeddi adam ölüb, 20-yə yaxın adam yaralanıb. Polisin bildidiyinə görə, Kərkükdə bomba hücumu zamanı iki şiə zəvvar ölüb, beş nəfər yaralanıb. Bəsrə və Nasiriyyə şəhərlərində də hökumət qüvvələri və şiələrin silahlı qrupunun üzvləri arasında toqquşmadan sonra əlavə təhlükəsizlik tədbirləri görülüb. İraqın özü və digər müsəlman ölkələrindən 2,5 milyon insanın aşura münasibətilə Kərbəlaya toplaşdığı deyilir.
XS
SM
MD
LG