" hspace=2 src="/azerbaijani/images/ap_Kenya_odinga_5janv07_eng_1951.jpg" width=210 align=left vspace=2 border=0>Keniya hökuməti müxalifət partiyasının prezidentin müttəfiqləri ilə əlaqəsi olan bizneslərin boykot edilməsi çağırışlarını qanunsuz sabotaj adlandırıb. Hökumətin bu gün açıqladığı bəyanatda boykot cağırışlarının keniyalıların təhqiri demək olduğu bildirilir. Qeyd edək ki, ölkədə ölümlə nəticələnən zorakılıqlar keçən ay, prezident Mvai Kibakinin seçkilərdə qələbə çalaraq yenidən hakimiyyətə gəlməsindən sonra baş qaldırıb.
Müxalifət lideri Reila Odinqa və beynəlxalq müşahidəçilər seçkilərin saxtalaşdırıldığını deyirlər. Müxalifət Equiti Bankı və iki avtobus şirkəti da daxil edilməklə, prezidentlə əlaqəsi olan biszneslərin boykotuna çağırıb. Odinqa tərəfdarlarını bütün ölkə boyu cümə axşamı dinc yürüşlərə səsləyib.