Accessibility links

ABŞ-da Martin Lüter Kinq günüdür


Birləşmiş Ştatlarda bu gün vətəndaş hüquqları lideri və 1950-60-cı illərdə zənci amerikalıların ayrı-seçkiliyinə qarşı etiraz aksiyalarına başçılıq etmiş Martin Lüter Kinqin şərəfinə milli bayramdır. O, ən məhşur çıxışlarından birini 1963-cü ildə edib. Luter Kinq nitqində bu sözləri demişdi: “Gün gələcək ABŞ-da bütün insanlar bərabər olacaq”. Həmin il Birləşmiş Ştatlarda Vətəndaş Hüquqları aktı qəbul olunandan sonra, Martin Lüter Nobel Sülh Mükafatına layiq görüldü. ABŞ prezidenti Corc Buş əhalini bir-birilərinə mehriban davranmaqla Kinqin xatirəsini yad etməyə ruhlandırıb. Prezidentin sözlərinə görə, Birləşmiş Ştatlar bütün vətəndaşları arzularına çatmayınca dinc qalmayacaq.

XS
SM
MD
LG