Accessibility links

Terrorizm Əfqanıstanda ən böyük təhlükə olaraq qalır


Əfqanıstan prezidenti Həmid Karzai terrorizmin ölkə üçün ən böyük təhlükə olaraq qaldığını bildirib. Bu gün parlamentin yeni sessiyasında qanunvericilərə müraciət edən cənab Karzai terrorizmlə mübarizədə əməkdaşlıq və beynəlxalq dəstəyin başlıca amil olduğunu deyib. O, yenidən hökumətin qapılarının Əfqanıstan Konstitusiyasının qəbulunu dəstəkləyənlərə və yenidənqurma səylərinə qoşulanlara açıq olduğunu vurğulayıb. Hökumətin barışıq komissiyaları Taliban döyüşçülərinə və başqa yaraqlılara qanuni cəmiyyətə yenidən qoşulmasına yardım edir. Bu səylərə baxmayaraq, Əfqanıstanın cənub bölgəsində yenidən qruplaşan Taliban yaraqlıları son aylar hücumlarını artırıb.
XS
SM
MD
LG