Accessibility links

Kofi Annan tərəflər arasında vasitəçilik etmək üçün Keniyaya gedir


BMT-nin sabiq baş katibi Kofi Annan Keniyada mübahisəli prezident seçkilərdən sonrakı zorakılıqların qarşısının alınmasında vasitəçilik etmək üçün Nayrobiyə gəlməmişdən bir neçə saat əvvəl, ölkə polisi prezident Mvai Kibakinin tərəfdarlarını dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib. İğtişaş polisi cənab Annanın səfəri öncəsi paytaxtda yüzə yaxın hökumət tərəfdarlarını dağıdıb. Nobel Sülh mükafatı laureatı olan BMT-nin sabiq baş naziri İsrail və Sudan da daxil olmaqla bəzi ölkələrdə danışıqlar aparılmasına kömək edib. Keçən il dekabrın 27-də Mvai Kibakinin yenidən prezident seçilməsindən bəri Keniya xaos içərisindədir. Rayla Odinqo onun seçkiləri saxtalaşdırdığını iddia edir. Seçkilərdən bəri qarşıdurmalar zamanı 650 adam həlak olub. Ölkədə nümayişlərə qadağa qoyulmasına baxmayaraq, Odinqo tərəfdarları cümə axşamı yürüş keçirməyə hazırlaşırlar.
XS
SM
MD
LG