Accessibility links

ABŞ birjalarında qiymətlər kəskin düşdükdən sonra qalxmağa başlayıb


Birləşmiş Ştatların Mərkəzi Bankı ciddi problemlər qarşısında olan ABŞ iqtisadiyyatını dirçəltmək və dünya birjalarında aksiya qiymətlərinin sürətlə düşməsinin qarşısını almaq üçün sələm faizlərini 0,75 faiz endirib. Bununla sələm faizləri 3,5 faiz təşkil edib. ABŞ-ın aparıcı birjalarında qiymətlər kəskin enmiş, lakin gün ərzində göstəricilər tədricən düzəlməyə başlamışdır. Dünya birjalarında da investorların bir çox ölkələrlə ticarət aparan ABŞ iqtisadiyyatında tənəzzüllə bağlı narahatlıqlar fonunda aksiyaların kəskin enməsi müşahidə olunmuşdu. Bu gün Avropa bazarlarında hərraclar zamanı qiymətlər bir qədər artıb. Asiya ölkələrinin də aksiya birjalarında əvvəlcə böyük itkilərdən sonra bu gün hərrac zamanı indekslər qalxmağa başlayıb.
XS
SM
MD
LG