Accessibility links

Pakistan ordusu Cənubi Vəziristana əlavə hərbi qüvvə göndərir


Pakistan ordusunun bildirdiyinə görə, keçmiş baş nazir Benəzir Bhuttonun qətlində əli olmaqda şübhəli bilinən yaralıqların komandirini ələ keçirmək üçün Əfqanıstanla sərhəddəki Cənubi Vəziristan reigonuna xüsusi hərbi qüvvə göndərilib. Hərbi qüvvələrin sözçüsü general Əthat Abbas deyib ki, yaralıqların hücumlarının son vaxtlar artması qəbilələrin yaşadığı ərazilərdə əlavə qüvvənin yerləşdirilməsi zərurətini yaratmışdır. O, əlavə qüvvənin sayını göstərməyib. Hərbi qüvvələrə əsasən, son döyüşdə 20 əsgər və 100 yaraqlı öldürülüb. Cənubi Vəziristan Paksitanın taliban qruplarının lideri, Əl-Qaidə ilə əlaqəsi olmaqda şübhələnilən Baitullah Məsudun istinadgahı hesab edilir.
XS
SM
MD
LG