Accessibility links

Dünya bazarları ABŞ Mərkəzi Bankının faizləri azaltmasına müxtəlif reaksiyalar göstərir


Dünya investorları Birləşmiş Ştatların Mərkəzi Bankının təcili olaraq sələm faizlərini azaltmasına fərqli reaksiyalar göstəriblər. Honq Konqda qiymətlər 11 faiz qalxıb, Manila, Sidney, Şanxay və Tokioda birjalarındda isə hərrac indekslərin 2-4 faiz artması il bitib. Lakin Avropa birjalarında indekslər dünən bir qədər qalxdqdan sonra yenə kəskin düşüb. Parisdə əsas indeks iki, 5 faiz, Frankfurtda isə üç faiz düşüb. ABŞ-ın özündə də birjanın açıldığı ilk saatlarda hərrac zamanı indekslər düşüb. Birləşmiş Ştatların Mərkəzi Bankı ölkə iqtisadiyyatının tənəzzülə uğraya biləcəyilə bağlı narahatlıqlara görə sələm faizlərini 0,75 faiz azaltmışdır.
XS
SM
MD
LG