Accessibility links

Keniya prezidenti müxalifət lideri ilə görüşüb


Keniya prezidenti Mvai Kibaki ölümlə nəticələnən zorakılıqlardan sonra seçkilər məsələsini müzakirə etmək üçün ilk dəfədir ki, müxalifət lideri Raila Odinga ilə görüşmüşdür. Görüşdə BMT-nin keçmiş baş katibi Kofi Annan da iştirak edib. Siyasi rəqiblərin görüşü bu gün cənab Kibakinin Nairobidəki ofisində, 4 saata yaxın davam edib.

Görüşdən sonra rəqiblər danışıqlar barədə heç bir məlumat vermədən müxbirlər qarşısında biri-birinin əlini sıxmışlar. Lakin cənab Odinqa Keniyada sülhün bərqərar olması üçün əlindən gələni edəcəyini, cənab Kibaki də öz növbəsində razılıq əldə ediləcəyinə əmin olduğunu deyib.

XS
SM
MD
LG