Accessibility links

İsrail və Fələstin liderləri Qəzzada yaranmış böhranı müzakirə ediblər


İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas Qəzza Zolağı ilə Misir arasındakı sərhəddə yaranmış böhranı müzakirə etmək üçün görüş keçirirlər. Görüşdən öncə Fələstin rəsmiləri bildirmişdilər ki, cənab Abbas İsraildən Fələstin Muxtariyyətinə məxsus qüvvələrinin sərhəddə yerləşdirilməsinə icazə verməsini xahiş edə bilər. Lakin Mahmud Abbas tərəfdarı təhlükəsizlik qüvvələrinin rəqib Həmas yaraqlılarının əlində olan ərazilərə necə nəzarət edə biləcəyi hələ aydın deyil.

Həmas yaraqlıları Misirlə sərhəddə hasarı çərçənbə axşamı partlaradaq, minlərlə fələstinlinin orada ərzaq və digər təchizat almasına imkan yaradıblar. İsrail Həmas yaraqlılarının raket hücumlarından müdafiə olunmaq üçün Qəzza ilə sərhəddi iki həftə əvvəl bağlayıb.

XS
SM
MD
LG