Pakistanın təhlükəsizlik qüvvələri ölkənin Şimal-qərb Sərhəd vilayətində əsas yolda olan tunelin nəzarətini yaraqlıların əlindən alıb. Əməliyyat zamanı keçən həftənin cümə günündən tunelə nəzarət edən döyüşçülərdən 24-ü öldürülüb. Pakistan ordusu ilə yaraqlılar arasında qanunlara tabe olmayan Dara Adam Xel regionunda üçüncü gündür ki, döyüşlər gedirdi.
Peşəvərlə Əfqanıstanla sərhəddə qəbilələrin yaşadıqları bir çox əraziləri birləşdirən bu tuneli vaxtı ilə yaponlar tikmişdi.