Accessibility links

Senator Barak Obama Kennedilərdən dəstək aldı


ABŞ senatoru Barak Obama Amerika siyasətində Demokratların ən nüfuzlu ailəsi olan Kennedilərdən dəstək aldı. Senator Edvard Kennedi, konqresmen Patrik Kennedi və prezident Con Kennedinin qızı Karolin Kennedi Barak Obamaya dəstəyi onun Cənubi Karolina ştatında ilkin seçkinin qalibi olmasından sonra verirlər.

Barak Obama şənbə günü Cənubi Karolina ştatında ilkin seçki zamanı senator Hilari Klinton üzərində qələbə çalmışdı. Lakin rəy sorğularına əsasən, Floridada ilkin seçkidən öncə seçicilərin 50 faizi Hilari Klintonu, 30 faizi isə Obamanı dəstəkləyir.

Prezident seçkilərində respublikaçılar partiyasından namizədlər Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni və senator Con Makkeyn arasında Floridada ilkin seçkidən öncə çox az fərq var. Fevral ayının 5-i “Super çərşənbə axşamı” günündən öncə Florida ştatında ilkin seçki olduqca böyük əhəmiyyət daşıyır. Super çərşənbə axşamı Amerikanın 22 ştatında ilkin seçkilər keçiriləcək.

XS
SM
MD
LG