Accessibility links

Corc Buş Konqres qarşısında prezidentliyi dövrü son hesabat məruzəsini etdi


ABŞ prezidenti Corc Buş Konqres qarşısında özünün son hesabat məruzəsində Birləşmiş Ştatlar iqtisadiyyatını inkişaf etdirmək üçün qanunvericiləri stimullaşdırma planını təsdiq etməyə çağırıb. O, Amerika ictimaiyyətini onun İraq siyasətini dəstəkləməyə səsləyib. Cənab Buşun sözlərinə görə, iqtisadiyyat qeyri-müəyyənlik dövrünü yaşayır. O, bu yaxınlarda açıqlanan iki hissədən ibarət stimullaşdırma planının iqtisadiyyatın inkişafını və amerikalıların işini davam etdirə bilməsi üçün yaxşı bir razılıq olduğunu deyib. Beynəlxalq məsələlərə toxunan prezident İraqdakı vəziyyətdən danışaraq hələ də mürəkkəb məsələlərin mövcud olduğunu etiraf edib. Onun bildirdiyinə görə, ABŞ və İraq əsgərlərinin sayının artırılması zorakılıqların azalması istiqamətində bir il əvvəl təsəvvürə gətirilə bilməyən nəticələr verib. Cənab Buş deyib ki, İraqda Əl-Qaidə üzərində qələbə çalınacaq. Prezident Buş İranı Livan, İraq və Fələstin ərazilərində yaraqlı qrupları dəstəkləməkdə ittiham edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar ABŞ hərbi qüvvələrinə qarşı hədələrin qarşısını alacaq, müttəfiqlərilə bir olacaq və İran körfəsizdə önəmli maraqlılarını müdafiə edəcək.

Demokrat partiyasının prezident çıxışına cavabında Kanzas ştatının qubernatoru Katlin Sibelius Birləşmiş Ştatların dünyada rolunu bərpa etmək üçün respublikaçı və demokratları birliyə çağırdı, O dedi ki, İraq müharibəsinə görə ABŞ-ın dünyada düşməni müttəfiqindən çoxdur.

XS
SM
MD
LG