Accessibility links

Türkiyə universitetlərində baş örtükləri qadağası ləğv oluna bilər


Türkiyənin bəzi qanunvericiləri illərdir mövcud olan universitetlərdə qadınların baş örtüklərindən istifadə etməsi qadağasının qaldırılmasını nəzərdə tutan təklifi parlamentə təqdim edəcək. Hakimiyyətdə olan Ədalət və İnkişaf partiyası və sağ qanad Millətçi Hərəkat partiyası dünən axşam bu barədə konstitusiya dəyişikliyi edilməsi haqda razılığa gəliblər. Qanunun qəbul olunması üçün iki partiyanın səsləri kifayət edir. Ancaq bəzi qanunvericilər bu dəyişikliyin Türkiyənin dünyəvilik ənənələrini pozacağından narahatdırlar. Təklifi dəstəkləyən ölkə prezidenti Abdulla Gül deyir ki, universitetlər bütün inanclara və baxışlara açıq olmalıdır. Qadağa hələ də məktəblər və ictimai idarələrə şamil olunacaq. Türkiyədə məktəblərdə, universitetlərdə və icitimai idarələrdə baş örtüklərindən istifadə 1980-ci illərdən qadağan edilib.
XS
SM
MD
LG