Accessibility links

İranla Misrin diplomatik münasibətləri düzəlmək üzrədir


Misir və İran 30 ildən sonra diplomatik əlaqələrinin tam bərpa edilməsinə doğru irəliləyir. İranın xarici işlər naziri Manuçehr Mottəki bu açıqlamanı Misir prezidenti Hüsnü Mübarəklə İran prezidenti Mahmud Əhmədinejadın keçən həftə ilk dəfə telefon danışığından sonra vermişdir.

Qeyd edək ki, bu iki ölkə arasında diplomatik əlaqələr hələ 1979-cu ildə, Misirin İsraillə sülh müqaviləsinə qol çəkməsindən və İran şahının devrilməsindən və bu Misrin ona ölkəsində qalmasına icazə verməsindən sonra kəsilmişdi. Lakin bu müddət ərzində bu dövlətlərdə biri-birinin səfirliyi və konsulluğunun olmamasına baxmayaraq, onlar bəzi diplomatik məsələləri birlikdə həll etmişlər.

Qəzzadakı vəziyyəti və Qəzza ilə Misir arasındakı sərhəddəki böhranı müzakirə etmək üçün İran diplomatları bu həftə Qahirədə Misirli həmkarları ilə görüşmüşlər.

XS
SM
MD
LG