ABŞ və İraq qüvvələri bu gün İraqın mərkəzində keçirilən əməliyyatlar zamanı 4 terrorçunu ölüdürüb, 18 şübhəlini isə həbs edib. Ölkənin şimal vilayətlərindəki əməliyyatlarda koalisiyanın10 minə yaxın əsgəri iştirak edib. Bu ərazidə ayın əvvəlindən başlayaraq hücumların sayı artıb.
Mosulda və onun ətrafındakı əməliyyatlar keçən həftə 50 nəfərin ölümünə səbəb olmuş partlayışdan sonra başlayıb. Partlayış ABŞ ordusunun bildirdiyi kimi Əl-Qaidənin İraqdakı qüvvələrinin silah və partlayıcı maddələri saxladığı binada baş verib.
İraq Müdafiə Nazirliyinin sözçüsü general mayor Məhəmməd Əl-Əsgəri bu gün Bağdadda jurnalistlərə bildirib ki, İraqda Əl-Qaidə yaraqlılarını Mosuldan təmizləmə çalışır. Onun sözlərinə görə, bu missiyanı yerinə yetirmək üçün İraq və ABŞ qüvvələri çiyin-çiyinə mübarizə aparacaq.