Accessibility links

Prezidentliyə namizədlərin debatları Kaliforniya ştatında davam etdirilir


ABŞ prezidentliyinə iki respublikaçı namizəd Kaliforniya ştatında debatlar təşkil edib. Massaçussets ştatının sabiq qubernatoru Mitt Romni ilə Arizona senatoru Con Makkeyn gələn həftə 20-dən artıq ştatda keçiriləcək ilkin prezident seçkilərindən əvvəl mübarizələrini intensivləşdirib. Mit Romni senatoru onun İraq müharibəsinin vaxtından əvvəl dayandırılması tərəfdarı olduğnu deməklə, Super Çərşənbə axşamı seçkilərindən əvvəl çirkli oyunlara əl atmaqda ittiham edib.

Florida seçkilərində qələbə çalan Arizona senatoru Makkeyn bu iddialardan imtina edib. Arkanzasın sabiq qubernatoru Mayk Hakkabi və Texas konqresmeni Ron Pol da debatlarda iştirak edib. Nyu Yorkun keçmiş meri Rudi Culiani yarışlardan geri çəkilərək, Makkeynə dəstək verib. Arizona senatorunun bu gün Kaliforniya qubernatoru Arnold Şvartsneggerin də dəstəyini əldə edəcəyi gözlənilir.

Demokratlar - sabiq senator Con Edvards kampaniyasına dünən son qoymuşdur. Onun yarışları tərk etməsi Nyu-york senatoru Hillari Klinton və İllinoiz senatoru Barak Obamanı nominasiya edilə biləcək öncülər siyahısında saxlayır.

XS
SM
MD
LG