Accessibility links

Afrika Birliyi sammiti işinə başladı


Bu gün Efiopiyanın paytaxtı Əddis Əbəbədə 53 ölkə nümayəndələrinin iştiraki ilə Afrika Birliyi sammiti işinə başlayıb. Liderlər Keniyadakı zorakılıqların artmasını geniş müzakirə edəcəklər. Keniya prezidenti Mvai Kibaki 40 dövlət və hökumət başçıları arasındadır.

Keniyanın xarici işlər naziri Moses Vetangula deyib ki, Afrika Birliyi Keniyanın Narıncı Demokrat İnqilabının tələbini rədd edərək, cənab Kibakini ölkənin sammitdə yeganə lideri kimi qəbul edib.

Baş katib Ban Ki Mun konfliktin sülh yolu ilə həllinə çağırıb. Liderlərın eləcə də, Somalinin Darfur regionundakı böhranı müzakirə edəcəkləri gözlənilir.

XS
SM
MD
LG