Accessibility links

Gürcüstan və Ukraynanın NATO-nun genişlənmə planına daxil edilməsi ilə bağlı qətnamə ABŞ Senatına təqdim edilib


ABŞ senatoru Riçard Luqar Gürcüstan və Ukraynanın NATO-nun genişlənmə planına daxil edilməsi ilə bağlı qətnaməni senata təqdim edib və Senatı qətnamənin dəstəklənməsinə çağırıb. Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı respublikaçı nümayəndəsi Luqar həm Gürcüstan, həm də Ukraynanın vətəndaş cəmiyyətlərinin formalaşdırılması və qanunun aliliyinə doğru ciddi addımlar atdığını deyib. Senator bu iki ölkəni terrorizmlə mübarizədə ABŞ-ın yaxın müttəfiqi adlandırıb. Riçard Luqar bu planının namizədlərin gələcək üzvlüyünə təminat vermədiyini deyib.

XS
SM
MD
LG