Accessibility links

İraqda son ayların ən böyük partlayışı baş verib


İraqın paytaxtı Bağdadda dünən iki məşhur bazarda baş verən intiharçı hücümları nəticəsində ölənlərin sayı 99-a çatıb. Bu, son aylarda İraqda bir gün ərzində qeydə alınan ən böyük tələfatdır. Rəsmilərin bildiridiyinə görə, 20 dəqiqə ara ilə baş verən 2 partlayış uzaqdan idarə olunan partlayıcı vasitəsilə 2 qadın tərəfindən həyata keçirilib. Hər iki qadın ruhi xəstə olub. Hücumlar zamanı 150 adam yaralanıb. ABŞ ordusu bildirir ki, partlayışa görə Əl Qaidə məsuliyyət daşıyır. Başqa bir xəbərdə İraq baş naziri Nuri Əl Malikinin Əl Qaidəyə qarşı planlaşdırılmış hücumları müzakirə etmək üçün Mosula getdiyi bildirilir. Cənab Maliki keçən həftə Mosulda partlayış zamanı 50 nəfərin ölümündən sonra hücumlar haqda bəyanat vermişdi.
XS
SM
MD
LG