Accessibility links

Keniyada zorakılıqlar davam etməkdədir


Keniya hökuməti və əsas müxalifət qüvvələri arasında zorakılıqlara son qoyulması barədə razılıq əldə edilməsinə baxmayaraq, ölkənin qərbindəki rəqib qruplaşmalar evləri yandırmaqda və hücumlar həyata keçirməkdə davam edirlər. Polisin bildirdiyinə görə, Rift Vadisində cümə günü baş verən toqquşmalar 14 nəfərin ölümü ilə nəticələnmişdir. Yerli sakinlər deyirlər ki, zorakılıqlar zamanı quldur dəstələri zəhərli nizələrdən istifadə etmişlər. Dünən isə Eldoret şəhərində kilsənin yandırıldığı, lakin hadisə zamanı ziyan çəkənin olmadığı bildirilir.

Zorakılıqlar BMT-nin keçmiş baş katibi Kofi Annanın prezident Mvai Kibaki hökuməti ilə müxalifət arasında zorakılıqlara son qoyulması barədə danışıqlara başlanılması barədə razılığa gəlməsi xəbərini cümə günü açıqladıqdan sonra da davam edir.

XS
SM
MD
LG