Accessibility links

Beynəlxalq Müşahidə qrupunun üzvləri Rusiya rəsmiləri ilə danışıqlar aparıb


Beynəlxalq Müşahidə qrupunun nümayəndələri Moskvada Rusiya seçki rəsmiləri ilə danışıqlar aparıb. Danışıqların mövzusu gələn ay keçirilən prezident seçkilərinin müşahidəsi üçün lazımı şəraitin yaradılması olub. Rusiya keçən ilki seçkilərlə nisbətdə mart seçkilərinə daha az müşahidəçi dəvət edib və bildirib ki, monitorinqlər fevral ayının 28-dən tez başlaya bilməz. ATƏT-in seçki qanadı daha çox vaxta ehtiyac olduğunu deyir və seçkilərin saxlataşdırılacağından narahatdır. ATƏT rəsmiləri son danışıqlar barədə açıqlama verməkdən imtina edir. Ancaq sözçü Kurtis Baden qərb jurnalistlərinə bildirib ki, monitorinq rəsmi Moskvanın təklif etdiyi şəraitdə aparılmayacaq.
XS
SM
MD
LG