Rusiya Ali Məhkəməsi Mərkəzi Seçki Komissiyasının sabiq baş nazir Mixail Kasyanovun qarşıdan gələn prezident seçkilərində namizədliyinin ləğvi qərarını qüvvədə saxlayıb. Məhkəmə bu gün cənab Kasyanovun martın 2-də keçiriləcək seçkilərdə iştirak edə bilməyəcəyini bəyan edib. Mərkəzi Seçki Komissiyası sabiq baş nazirin topladığı 10 minlərlə imzanın saxta olduğunu səbəb gətirərək onun, namizədliyini ləğv etmişdi. Cənab kasyanovun tərəfdarları isə bu qadağanın Dmitri Medvedyevin güclü rəqiblə qarşılaşmaması üçün həyata keçirildiyini bildirib. Başqa bir xəbərdə deyilir ki, Rusiya Avropanın seçkilərlə bağlı narahatlığını nəzərə alaraq monitoring meselesində güzəştə gedib. Təklif olunan güzəştdə ATƏT-in seçki qanadına fevralın 28-də yox, 20-də monitorinqə başlamağa icazə verilir.