Accessibility links

İraqda ABŞ qüvvələri bir ailənin 3 üzvünü öldürüb


ABŞ-ın İraqda keçirdiyi reyd zamanı biri qadın olmaqla 3 nəfər həlak olub, bir nəfərsə yaralanıb. İraq ordu zabitinin bildirdiyinə görə, dünən Tikrit şəhərinin Əl-Davl məhhəlsindəki kiçik evi hədəfə alan reyd nəticəsində bir fermer, onun həyat yoldaşı və həddi buluğa çatmış oğlu ölüb. Onların qızı isə yaralanıb. ABŞ ordusundan bildirirlər ki, ordu evə girən zaman orada silah atəşləri ilə qarşılaşdığından özünü müdafiə üçün cavab atəşi açıb. Hadisə ilə bağlı araşdırmalar davam edir. Bununla yanaşı, İraq polisinin bildirdiyinə görə, intaharçı ABŞ qüvvələri ilə əlbir olan Sünni qrupunun 2 döyüşçüsünü öldürüb. Şahidlərin sözlərinə görə, hücum yerli icma liderinin idarə etdiyi konvoyun yaxılığında baş verib.

XS
SM
MD
LG