Accessibility links

ABŞ və Britaniya digər NATO ölkələrini Əfqanıstana əlavə əsgər göndərməyə çağırır


Birləşmiş Ştatlar və Britaniya digər NATO ölkələrini Talibana qarşı mübarizə aparmaq üçün Əfqnıstana əlavə əsgəri qüvvə göndərməyə çağırıblar. Britaniya liderlərilə görüşlər keçirmək üçün Londonda olanABŞ Dövlət katibi Kondoliza Rays deyib ki, Əfqanıstanın ən təhlükəli yerlərində NATO ölkələrinin yalnız az sayda əsgəri var. Əfqanıstanın cənub bölgələrində Talibana qarşı mübarizə aparmaq üçün işin böyük hissəsi NATO ölkələri arasında ən çox ABŞ, Britaniya, Kanada və Hollandiyanın hərbi qüvvələrinin üzərinə düşür. Xanım Rays bu həftə Litvada NATO ölkələrinin müdafiə nazirlərinin zirdə görüşündən öncə bu gün Londonda Britaniyanın baş naziri Qordon Braun və xarici işlər naziri Deyvid Milibandla danışıqlar aparıb. ABŞ Dövlət katibi NATO-nun Əfqanıstandakı missiyasının ənənəvi təlim almış yaraqlılara qarşı çətin mübarizə olduğunu deyib. Kanada digər müttəfiqlər əlavə əsgəri qüvvə göndərmədiyi halda, öz hərbi qüvvələrini Əfqanıstandan gələn çıxaracağını deyib.
XS
SM
MD
LG