Accessibility links

Taliban yaraqlıları Pakistanda atəşkəs elan edib


Taliban yaraqlıları Pakistanın şimal qərb ucqar regionlarında təhlükəsizlik qüvvələrilə aylarla mübarizə apardıqdan sonra atəş-kəs elan ediblər. Yaraqlı qrup Tarik-ə-Taliban Pakistanın sözçüsü Maulvi Ömər bu gün jurnalistlərə müddətsiz atəşkəs barədə bəyanat verib. Onun sözlərinə görə, Pakistan hökuməti son bir neçə gündə yumşaqlıq göstərib və hücumları dayandırıb. Məlumatlara görə, qrupun rəhbəri Cənubi Vəziristanda olan Beytulla Məshuddur. Pakistan və ABŞ Məshudu sabiq baş nazir Benazir Bhuttonun qətlinə ittiham edir. Pakisatn hökuməti atəşkəslə bağlı heç bir açıqlama verməyib. Pakistanda Taliban və Əl Qaidə yaraqlılrının yerləşdiyi Əfqanıstanla sərhəd bölgədə son aylardaki döyüşlər zamanı 300-dən çox insan həlak olub.

XS
SM
MD
LG