Accessibility links

Serbiyada AB-nin siyasi əməkdaşlıq paketi haqda mübahisələr davam edir


Serbiyanın Qərbyönümlü prezidenti və onun millətçi baş naziri Avropa Birliyinin siyasi əməkdaşlıq haqda paketi üzərində mübahisə edirlər. Prezident Boris Tadiç avropalıların təklifini müzakirə etmək üçün kabinet sessiyası çağırıb. Lakin baş nazir Voyislav Koştuniça həmin sessiyanın qarşısını almağa çalışır. Əvəzində cənab Koştunitsa Avropanın Kosovoya polis göndərmək qərarını müzakirə etmək üçün kabinet sessiyası çağırmasını istəyir. Tadiçin müttəfiqi olan parlament spikeri Oliver Duliç qanunvericiləri yığmaqdan imtina edir. Baş nazir və onun tərəfdarları Avropa Birliyinin təklifini Kosovonun Alban çoxluğunun müstəqillik elan etdiyi təqdirdə, Serbiyaya qarşı tələ kimi qiymətləndirir.
XS
SM
MD
LG