Accessibility links

İran ikinci nüvə zavodu tikməyə başlayıb


İranın Rusiyadakı səfirinin sözlərinə görə, ölkə ikinci nüvə zavodunu tikməyə başlayıb. Səfir Qulamrza Ənsəri rus müxbirlərə bildirib ki, İran zavodun işə salınması üçün yanacaq axtarır. İran ilk nüvə elektrik stansiyasını Buşehrdə inşa edib. Rəsmilər deyirlər ki, Rusiya bu zavodu işlətmək üçün kifayət qədər nüvə yanacağı göndərib. İran nüvə texnologiyasının dinc məqsədlərə xidmət etdiyini bildirir. Qərb dövlətləri isə onu gizlində atom bombası istehsal etmək istəyində ittiham edirlər.
XS
SM
MD
LG