Accessibility links

Polşa baş naziri Donald Task Moskvadadır


Polşa baş naziri Donald Taskın sözlərinə görə, ölkəsi ilə Rusiya Kremlin Almaniyaya Baltik dənizi vasitəilə gedəcək təbii qaz boru kəməri planları üzərindəki anlaşılmazlıqları aydınlaşdıraraq, razılığa gəliblər. Cənab Task jurnalistlərə bildirib ki, boru kəmərinin yerləşəcəyi ərazi barədə razılıq olmasa da, hər iki ölkə qaz təchizatları sahəsində əməkdaşlıq edir. O, bu açıqlamaları Moskvada Rusiya baş naziri Viktor Zubkovla görüşdən sonra verib. Hər iki lider ölkələrin arasındakı gələcək münasibətlərdən optimist danışıb. Cənab Taskın günün sonunda prezident Vladimir Putin və onun xələfi Dmitri Medvedevlə görüşəcəyi gözlənilir.

XS
SM
MD
LG