Pakistanın qətlə yetirilmiş müxalifət lideri Benəzir Bhuttonun partiyası liderlərinin qətli ilə əlaqədar etiraz aksiyası keçirmək üçün bu gün ölkənin cənub-şərqindəki Thatta şəhərində yığışıblar. Benəzir Bhuttonun həyat yoldaşı Asif Əli Zərdarinin Pakistan Xalq Partiyasının minlərlə tərəfdarı qarşısında çıxış etdiyi mitinqə azı iki minə yaxın polis nəzarət edib. Aksiya iştirakçıları Benəzir Bhuttonun portretlərini qaldırmışlar.
Xatırladaq ki, Benəzir Bhutto Ravalpindi şəhərində seçkilərlə əlaqədar etiraz aksiyaları zamanı qətlə yetiirlmişdi. Böyük Britaniyanın kəşfiyyat agentliyi Skotland Yardın müstəntiqləri Pakistanın keçmiş baş naziri Benazir Bhuttonun güllə ilə deyil, intiharçının bomba hücumu nəticəsində həlak olduğunu təsdiq ediblər.
Bu arada Pakistandan alınan digər xəbərdə bildirilir ki, ölkənin şimal-qərbində həyata keçirilən bomba partlayışı azı 14 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnib.