Accessibility links

Barak Obama dünən keçirilən ilkin seçkilərdə qələbə əldə edib


Demokrat senator Barak Obama dünən üç ştatda - Nebraska, Luiziana və Vaşinqton ştatlarında keçirilən ilkin seçkilrədə rəqibi senator Hillari Klinton üzərində qələbə çalmışdır. Demokrat partiyasından səs nisbətində bir-birinə çox yaxın olan Barak Obama və Hillari Clinton ilkin seçki kampaniyalarını bu gün Meyn ştatında, çərşənbə axşamı isə Virciniya və Merilend ştatlarında, eləcə də paytaxt Vaşınqtonda davam etdirəcəklər.

Respublikaçılar partiyasından, keçmiş Arkanzas qubernatoru Mayk Hakabi dünən Kanzas və Luiziana ştatlarında səs çoxluğu əldə edə bilmişdir. Respublikaçılardan irəlidə gedən, Arizona senatoru Con Makkeyn isə Vaşınqton ştatında az səslə qələbə qazanmışdır.

XS
SM
MD
LG