Prezident Buşun dediyinə görə ekspertlər ABŞ iqtisadiyyatının tənəzzüldə olduğunu düşünmür, lakin qeyri-müəyyənlik iqtisadi stimul paketinin qəbul olunmasını tələb edir. Prezident deyir ki, 150 milyard dollarlıq vergi qaytarımları may ayında vətəndaşlara çatacaq. Cənab Buş bu sözləri Foks Nyuz telekanalına müsahibəsi zamanı dilə gətirib.
Prezident müsahibəsi zamanı həmçinin terror şübhəlilərinə qarşı işlədilən dindirmə taktikalarına toxunub. Cənab Buş deyib ki, bütün işlədilən metodlar qanun çərçivəsindədir. Prezident habelə İranın nüvə təhlükəsi olduğunu deyib və Tehrana uran zənginləşdirilməsi ilə bağlı təzyiqləri davam etdiriləcəyini bildirib.