Accessibility links

Darfur qaçqınları qonşu Çada üz tutub


BMT-nin Qaçqınlar Agentliyi bildirir ki, ən azı 12 000 adam Sudanın Darfur regionundan qonşu Çada üz tutub. Bu hadisə Sudan qüvvələrinin Qərbi Darfurda hava zərbələri endirməsindən sonra baş verib. Agentliyin sözçüsü bildirir ki, qaçqınlar Sudan ordusu cümə və şənbə günləri üç qəsəbəyə hücum etdikdən sonra evlərini tərk ediblər. Agentlik tədqiqat aparmaq üçün əraziyə xüsusi heyət göndərdiyini bildirir.

Sudan ordusu Əbu Suruc, Sirba və Suleya qəsəbələrində hərbi əməliyyatlar apardığını təsdiq edib. Ordu bu əməliyyatların məqsədinin ərazini qiyamçılardan təmizləmək olduğunu bildirib.

XS
SM
MD
LG