Ukrayna baş naziri Yuliya Timoşenko Rusiyanın ölkəyə qaz təchizatlarını kəsməyəcəyinə söz verdiyini deyib. Qeyd edək ki, Kreml rəsmi Kiyevi borcları ilə bağlı mübahisəni həll etməsə qaz ixracatını kəsəcəyi ilə təhdid edirdi. Dövlətin nəzarətində olan Rusiyanın Qazprom şirkəti Ukraynanın ona 1.5 milyard dollar məbləğində borcu olduğunu bildirmişdi. Moskvada problemin həlli istiqamətində aparılan danışıqlar davam etdirilir. Xanım Timoşenko Kiyevdə jurnalistlərə bildirib ki, Ukrayna hökuməti keçən ilin noyabrından bu ayın sonuna kimi qaz təchizatı ödənişinə təminat verəcək.