Accessibility links

Belqradda etiraz aksiyası keçirilib


Belqradda minlərlə serbiyalı tələbənin iştirakı ilə baş nazir Voyislav Koştunitsanın Avropa İttifaqı ilə sazişin imzalanmasına mane olan siyasətinə etiraz olaraq aksiya təşkil edilib. Nümayişçilər Avropa İttifaqının bayraqlarını qaldırıb, Koştunitsanı Serbiyanın avtoritar prezidenti Slobodan Milojeviçə bənzədən şüarlar səsləndirib. Xatırladaq ki, Koştunitsa keçən həftə Avropa İttifaqı ilə siyasi və iqtisadi əmkdaşlığı nəzərdə tutan sazişin imzalanması ilə bağlı kabinet yığıncağının qarşısını almışdı. Baş nazir bu əməkdaşlığı Serbiyanın Kosovonun müstəqilliyinə dair etirazının neytrallaşdırması üçün “tələ” adlandırır.

XS
SM
MD
LG