Accessibility links

Demokratların nominasiya uğrunda mübarizəsi davam edir


Bu gün Virciniya, Merilend və Kolumbiya mahalı ştatlarında Demokrat Partiyasının ilkin seçkilərində ABŞ senatoru Hillari Klinton və senator Barak Obama partiyadan nominasiya almaq uğrunda mübarizə aparır. Bu ştatlar namizədlərə nominasiya üçün lazım olan səslərin 12%-ni təmin edir. Hillari Klinton avqust ayında Demokrat Partiyasının qurultayında nominasiya almaq üçün nümayəndələrin sayına görə Barak Obamadan bir qədər irəlidədir.

Respublikaçı namizədlər arasında irəlidə gedən, Arizona ştatından senator Con Makkeyn prezident Buşun qardaşı, Florida ştatının sabiq qubernatoru Ceb Buşun dəstəyini alıb.

XS
SM
MD
LG