Accessibility links

Rusiya ilə Ukrayna danışıqlara başlayıb


Ukrayna prezidenti Viktor Yuşçenko və Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynaya qaz ötürməsinin kəsilməməsi üçün danışıqlara başlayıblar. Cənab Putin bu gün Ukraynanın qərbyönümlü prezidentini Kremldə qarşılayıb. Görüşdən bir neçə dəqiqə əvvəl Rusiya Ukraynaya 1.5 milyard dollar dəyərində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə qazı kəsəcəyini bildirmişdi. Sonuncu dəfə qaz təchizatı ilə bağlı iki ölkə arasında qarşıdurma 2006-cı ilin sonunda baş vermişdi.
XS
SM
MD
LG