Accessibility links

Dəyirmi Masa: İran İslam inqilabının ildönümü


Bu həftə İranda İslam inqilabının 29-cu ildönümü qeyd olundu. On minlərlə insan qarşısında çıxış edən İran Prezidenti Mahmud Əhmədinejad yubiley törənində Qərbin ünvanına sərt bəyanatlarla çıxış etdi. İran İslam rejimi bərqərar olandan bəri bu dövlətlə beynəlxalq ictimaiyyət arasındakı münasibətlərdə daim gərginlik müşahidə edilib. Lakin İranın nüvə proqramı və radikal islam fenomeninin genişlənməsi ilə qarşıdurma xüsusilə kəskin bir xarakter alıb. İran İslam inqilabının təsirlərini və Tehranın beynəlxalq ictimaiyyətlə münasibətlərini müzakirə etmək üçün həftənin ənənəvi dəyirmi masa söhbətimizə Kanadada yaşayan jurnalist İnsafəli Hidayət və Tarix Elmləri Doktoru Həsən Əlibəylini dəvət etmişik.
XS
SM
MD
LG